Konsaltinq Xidməti

Mühasibatlıq xidmətləri

Müəssisənizdə mühasibat uçotu sistemini sıfırdan qurmaq və onu effektiv şəkildə idarə etmək üçün peşəkar mühasibatlıq xidmətlərimizdən faydalanın. İstər kiçik biznes, istərsə də böyük müəssisə sahibi olun, mühasibat uçotunun düzgün qurulması və idarə olunması biznesinizin uğuruna birbaşa təsir göstərir.

Vergi xidmətləri

(Vergi və əlaqəli sahələr üzrə)-Vergi xidmətlərimiz çərçivəsində müəssisənizin vergi bəyannamələri, rüblük və illik hesabatlar daxil olmaqla bütün vergi sənədlərinin hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi prosesini profesional şəkildə həyata keçiririk. Eyni zamanda, vergi yoxlamaları zamanı müşavirlik və vergi qanunvericiliyinə uyğun məsləhət xidməti də yanınızda olmağa davam edirik.

Maliyyə hesabatlarının hazırlanması

Maliyyə hesabatlarının hazırlanması xidmətimiz ilə şirkətinizin maliyyə vəziyyəti, gəlir və xərcləri haqqında düzgün məlumatları əks etdirən rəsmi sənədlərin tərtib edilməsini təmin edəcəyik. Bunun üçün beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun şəkildə maliyyə məlumatlarınızı toplayır, dəqiq hesablama aparır və nəticələri asan anlaşılan raportlar halında təqdim edirik. Bu, rəhbərliyə daha düzgün qərarlar verməyə və şirkətin davamlı inkişafını təmin etməyə kömək edir. Həmçinin mühasibat uçotu və vergi məsələlərində məsləhətləşmələr apararaq, riskləri minimuma endirməniz üçün dəstək göstəririk.

Vergi bəyannamələrinin tərtibi

Vergi bəyannaməsi bütün vergi ödəyicilərinin (fiziki və hüquqi şəxslər) vergi orqanına təqdim etməli olduğu rəsmi sənəddir. Heç bir fəaliyyətiniz olmasa belə, qanunvericilik tələb edir ki, aylıq, rüblük və illik vergi hesabatlarınızı müvafiq dövlət orqanlarına göndərəsiniz. İATM Konsaltinq olaraq biz, vergi planlaması və hesabatların peşəkar hazırlanması sahəsində sizə dəstək göstərir, bütün bəyannamələrinizin düzgün tərtib olunmasını və dövlət orqanlarına vaxtında təqdim edilməsini təmin edirik.

Bizə Zəng Edin !